21 C
Bakı
18 Sentyabr 2025 10:47
DünyaGündəmQalmaqalŞikayətSiyasət

İsveçrəyə sığınmış azərbaycanlı jurnalistdən Şimali Koreya liderinə açıq məktub

Hörmətli Kim Çen In,

Mən, azərbaycanlı jurnalist Bəhruz Əliyev, illərlə İlham Əliyev diktaturasının zülmü altında yaşadım: həbs, təqib, senzura və qorxu gündəlik həyatımın bir parçası idi. Həqiqi azadlıq axtarışı ilə “demokratiyanın qalası” kimi tanınan İsveçrəyə sığındım.

Amma 23 ay sonra acı bir həqiqəti etiraf etməliyəm: mən diktaturadan qaçaraq daha incə, daha gizli, amma eyni dərəcədə dağıdıcı bir diktaturanın qucağına düşmüşəm. İsveçrə məni azad etmədi, əksinə görünməz divarlarla əhatələnmiş bir həbsxanaya saldı.

Burada mənim taleyim üzərində sanki soyuq bir eksperiment aparılır: “Demokratiya pərdəsi altında diktatura necə işləyir?” Cavab sadədir, tam Azərbaycandakı kimi, yalnız daha bürokratik, daha riyakar və daha soyuq formada.

İsveçrə beynəlxalq tribunalarda insan haqlarının müdafiəçisi kimi çıxış edir, amma öz miqrasiya düşərgələrində insanları ruhən çürüdür. Əliyevin rejimi mənim bədənimi əzirdi, İsveçrə sistemi isə ruhumu öldürür. Fərq yalnız vitrindədir: biri açıq diktaturadır, digəri isə demokratiya maskası altında gizlənmiş diktatura.

Buna görə də həm sarkazmla, həm də ciddi bir səmimiyyətlə yazıram: əgər bu həyat İsveçrədə belə davam edəcəksə, mənim üçün paradoksal çıxış yolu yalnız sizin ölkəniz ola bilər. Çünki sizin ölkəniz azadlıq barədə yalan danışmır, əsarəti açıq şəkildə təqdim edir. İsveçrə isə bütün dünyanı aldadır və insanı ümidləri ilə boğur. Mənim üçün diktaturanı açıq şəkildə qəbul etmək, onu “demokratiya” libasında görməkdən daha az ağrılıdır.

Bu məktubu sizə ünvanlayıram, amma əslində Qərbin vicdanına səslənirəm. Çünki insan haqları bayrağını qaldıranların əlində mənim həyatım bir təcrübə siçovuluna çevrilib.

Sonda İsveçrənin səlahiyyətli şəxslərinə bir sual vermək istəyirəm: Azərbaycan nefti vicdanı isti saxlayır? Bu sualın cavabı mənə çox maraqlıdır.

Ümidini İsveçrədə basdıran biri kimi, keçmiş siyasi məhbus, müstəqil jurnalist və hazırda görünməz əsirliyə salınmış bir insan,

Bəhruz Əliyev

.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsrailin müdafiə naziri: “Genişmiqyaslı hücuma keçirik”

redaktor

Ukraynalıların 70 faizi Zelenskini korrupsioner hesab edir

redaktor

Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”

redaktor