CəmiyyətSiyasət

Elnur Şükürov da azadlığa çıxdı- Foto

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

Tacxeber.com xəbər verir ki, onun 3 illik həbs cəzası bu gün başa çatıb. Əvəz Zeynallı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

E. Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E. Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi.

Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Plastik əməliyyat günahdır – Əməkdar artist

redaktor

Rusiya 100 minlik qoşun TOPLADI – Böyük hücum BAŞLAYIR

redaktor

Bakının Kiyevə silah tədarükünə qoyulan embarqonu ləğv edə biləcəyi ilə bağlı məlumatlar Moskvanı hiddətləndirib

redaktor