Sosial platformaların nə yazıq, ölkə Azərbaycan seqmentinə girmək olumur, köçkün-yerli üzüntü, ziddiyyətli ictimai qarşıdurması mövzularından. Niyə, vəziyyət belə, gərgin bir həddə gəlib çıxıb?
Çünki, illərlə üstüörtülü yara kimi qalıb və sonu, köçülmüş torpaqlara qayıdış anı yenidən açılıb. Burada belə ziddiyyəti yaradan nə bölgələrarası nə, ümumi köçkünlərlə yerlilər arası problemdir.
Konflikt yalnız ölkəni işğal anları şəxsi evlərə və digər mülklərə icazəsiz girib çıxma anı problem yaradan köçkünlərlə ev, mülk sahibləri arasında gedir. Yəni bir qism toplum arası. Və bu da, bəzi mediaların, ictimai şəxslərin yaranın üstünə duz tökməsi sayəsində ümumi köçkün-yerli və hətta bölgələr arasında ziddiyyətə çıxarılır, bəzi anlar.
Demək, məsələnin kökü və həllinə köçkün-yerli, və ya məsələn Qarabağlı-Şirvanlı deyil, bir qism köçkün ilə ev sahibi vətəndaşlar arası problem kontekstində yanaşılmalıdır. O qism ki, bir tərəf gəlib, digər tərəfin evinə, mülkünə icazəsiz girib, tez də bir neçə ayda ev sahibinə sağol deyib də təhvil verməli idi, üstəlik illər də keçəndən sonra da, Qarabağa köç başlayanda, hansısa səbəblə, qaydacaq yeri hazır deyil, ya qəsdlə bunu etmir.
Bir qism köçkün-ev sahibi arası konfliktlər isə, vaxtında (indi də!) vətəndaşların Konstitusion hüquqlarını tənzim etməyə borclu Məhkəmə və güc, inzibati icra orqanları tərəfdən tənzimlənib qaydaya salınmalı idi. Vətəndaşın qanuni halal mülkiyyətinə daxil olan köçkünün o çətin anlar bir qısa müddət qalması və ev sahibinin də bir yer tapıb 5-6 ay yaşaması anlaşlardı. Ancaq ki, bu hal uzanıbsa, məhkəmə və dövlət orqanları qarışmalı idi məsələyə. Köçkün çıxarılıb başqa yerdə müvafiq yaşayış yerilə təmin edilməli idi.
Bu tədbirlər isə görülməyib, çünki, qanuni evin sahibi sadə vətəndaş olub, haqqını tələb etmə imkansız. Heç, eşitmisinizmi, hansısa köçkün gedib deputatın, məmurun evinə, villasına, ya hansısa boş olsa da mülkünə girsin, yaşasın? Onların arasında belə cür konfliktlər yaşansın?Yox. Çünki, dərhal məsələyə məhkəmə, hüquq mühafizə orqanları qarışar və köçkünü də çölə atmasalar da, ona təcili yaşam yeri tapardılar.
Sadə vətəndaş ev sahibinə isə deyiblər, guya prezident əmr verib, köçkünü çıxarma, yəni ki, özü çöldə yatsın… Hansı prezident bunu deyər ki, vətəndaşın birisi digərinin zorla evinə girsin, evinə girilən vətəndaş çöldə qalsın? Tapşırardı yəqin ki, problemi yerlərdə qaydalı tənzim edin. Məhkəmə, polis, icra başçıları da özlərini izafi əziyyətə salmamaq üçün bu ev sahibini illərlə susdurub, mülki, həyati hüquqsuzluğa salıblar. O səhlənkarlıqlardır, bu gün problemlər yaradır.
Hətta, bu gün də həmin vəziyyət davam edir. Bəzi köçkünlər hansı ki, onlara dövlət köçmə imkanı yaratmış, 30 il yaşayıb ev sahibindən çıxmaq üçün pul tələb edir, ya çıxanda acıqla evi, mülkiyyəti dağıdıb çıxırlar, onlarla dərhal hüquq-mühafizə orqanları, icra hakimiyyətləri məşğul olmalıdır, dələduzluq və ya, varvarlıq əməllərinə görə cəzalandımalıdırlar, etmirlər. Çünki, maraqsız, “xeyirsiz” köçkün məsələsi olduğu üçün, “başlarını ağrıtmaq” istəmirlər.
Yaxşı ki, heç olmasa xeyli vicdanlı köçkünlər, yerliləri həmin o dələduz, ziyankar köçkünləri açıqca ictimai qınayırlar ki, bu qədər olmaz! Yəni, insanda bir minnətdarlıq hissi olmalıdır illərlə halal, qanuni evində yaşadığın insana, axırda quruca sağol demək əvəzinə, problem yaratmayasan! Halbuki bu insanlara dövlət o illərin zərərini, kompensasiyasını ödəməlidir.