CəmiyyətGündəmKriminalSağlamlıq

“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?

Tacxeber.com xəbər verir ki, bunu “Unikal”a vətəndaş Qurbanova Zərxanım İlqar qızı məlumat verib. O bildirib ki, 14 nömrəli Bakı Peşə Məktəbinə təqdim etmək üçün sağlamlıq arayışı almalı imiş:

“9 sentyabr tarixində sağlamlıq arayışını əldə etmək üçün “General Hospital”a müraciət etdim. Həmin klinikada bunun üçün məndən 40 manat pul vəsaiti tələb etdilər. Həmin məbləği klinikaya verdikdən sonra heç bir yoxlanışdan keçmədən baş həkim Rüstəm Mikayılovun imzası ilə mənə sağlamlıq arayışını təqdim etdilər”, – deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl “General Hospital”da əməliyyat keçirilib. Nəticədə saxta sağlamlıq arayışı qalmaqalına görə cinayət işi açılmışdı. Səhiyyə Nazirliyi isə 17 mart 2025-ci ildə “General Hospital” haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib. Protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə protokolu əsaslı hesab edib və “General Hospital”ın 6 min manat cərimə edilməsi barəsində qərar qəbul edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Deputat:”Səhər yeməyinə ehtiyac yoxdur, insan oğlu gündə bir dəfə qidalanıb…”

redaktor

Şərurlu İsfəndiyarın oğlu növbəti dəfə niyə həbs olunub – TƏFƏRRÜAT

redaktor

Salyanlı alim: “Fəzail Ağamalının qızını tanımıram”

redaktor