20 C
Bakı
22 Oktyabr 2026 23:19
DünyaSiyasət

Almaniya Ukraynada uzaqmənzilli dron istehsalına maliyyə ayıracaq

Almaniya Ukrayna müəssisələrində bir neçə min müxtəlif tipli uzaqmənzilli dronun istehsalını maliyyələşdirəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Londonda “Ramşteyn” formatında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasının açılışında çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, layihə Ukraynanın uzaqmənzilli imkanlarının gücləndirilməsinə xidmət edir. Pistorius həmçinin bildirib ki, təşəbbüsə digər ölkələrin də qoşulması istisna edilmir.

Maliyyələşdiriləcək dronların yaxın vaxtlarda istehsal edilərək Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Rusiya və Ukrayna arasında zərbələr endirilib, itkilər var

redaktor

KONSPİROLOGİYA…..

redaktor