Bildiniz kimi, artıq bir neçə aydır ki, ABŞ-da “Epşteyn qalmaqalı” böyüməkdədir. Tramp seçki kampaniyası zamanı deyirdi ki, “Epşteyn keysi”nin ifşası demokratlar elitasının sonu ilə nəticələnəcək(başqa sözlərlə demokratların elitasını ped*filiyada ittiham edirdi). Prezident olandan sonra Tramp “Epşteyn fayllarını” açmaqdan imtina edib və səbəb çox sadədir: Tramp orada baş roldadır və Epşteynlə çox yaxın münasibətləri olub.
Trampın Epşteynlə birlikdə bir çox fotoları yayılmışdı və bu fakt artıq respublikaçıların elektoratında çox ciddi suallar doğururdu. Tramp isə buna heç bir izahat verə bilmirdi.
Və nəhayət, izahat verildi. Hazırsınız? Amma gülməyin.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan edib ki, sən demə Tramp FTB-nin gizli əməkdaşı imiş və Epşteyni izləyirdi deyə, onu öz malikanəsinə dəvət edirdi.
Bunu bəyanatı dinləyərkən Lukaşenko fərqli yerlərdə və fərqli müsahibələrdə dediləri yadıma düşdü:”Mən tarixçiyəm<…>Mən peşəkar futbolçuyam<…>Mən sovet fotoqrafam<…>Mən lektor məktənini bitirmişəm<…>Mən sərhədçiyəm<…>Mən bayanda(musiqi aləti) yaxşı oynayıram<…>Bir çox idmanlar üzrə peşəkaram<…>Mən yaxşı operatoram<…>Mən beynəlxalq münadibətlər üzrə mütəxəssisəm<…>Mən tamada olmuşam və s”.