HadisəMaraqlı

Azərbaycanda həbsdə olan erməni məhbusların intihara cəhd etdiyi bildirilir

Azərbaycanda həbsdə olan bir neçə erməni məhbusun intihara cəhd etdiyi bildirilir.

Bunu erməni məhbusları beynəlxalq məhkəmələrdə təmsil edən vəkil Siranuş Sahakyan “Azadlıq Radiosu”na deyib.

O, intihara cəhdlər barədə məhbusların ailələri ilə son telefon danışıqlarından sonra xəbər tutub.

Sahakyan ad çəkməkdən imtina etsə də, intihara cəhd edənlər arasında Qarabağdakı keçmiş separatçı qurumun rəhbərliyindəki şəxslərin olmadığını bildirib.

O əlavə edib ki, saxlanılanların ailələri onların ciddi sağlamlıq problemlərindən əziyyət çəkdiyi barədə xəbərdarlıq ediblər.

“Valideynlər bizə məlumat verdilər ki, telefon danışıqları zamanı ciddi sağlamlıq problemləri və ağır psixoloji vəziyyətlər artıq aydın görünürdü. Ümidsizlik hissi getdikcə dərinləşir”, – vəkil qeyd edib.

Sentyabrın 2-də livanlı-erməni məhbus Vigen Eulcekyanın vəkili onun 20 gündən çox aclıq aksiyası keçirdiyi xəbərini yayıb. Eulcekyan 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonunda Azərbaycan əsirliyinə düşüb.

Azərbaycanda 23 erməni məhbus həbsdədir. Onların arasında Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri olmuş şəxslər də var.

Mart ayında Ermənistan məhbusların işgəncələrə məruz qaldığını iddia etmiş, bunu Azərbaycan tərəfinin dərc etdiyi şəkillərdəki izlərlə əsaslandırmışdı.

Avqustun 8-də Ermənistan baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşdə erməni məhbusların məsələsini qaldırıb. Tramp isə onların azad edilməsini Azərbaycan prezidenti İlham Əliyevdən xahiş edəcəyini deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya gəmisi Oxot dənizində yanır

redaktor

Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanıldı

redaktor

Binadan atılan Ayşən tualetdə saxlanılırmış – Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ

redaktor