10 C
Bakı
27 Mart 2026 13:02
DünyaSiyasət

Zəngəzur dəhlizinin əvəzində bunu almalıyıq: Görün ermənilər nə tələb edirlər

“Tramp yolu” layihəsini Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturasına yönəlmiş nailiyyət hesab etmək olar.

Tacxeber.com xəbər verir ki, bunu İrəvanda keçirilən “Ermənistan – EAEU. Birlikdə İrəli” forumunda iqtisad elmləri doktoru, “Alternativ” Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bunun üzərində daha intensiv işləyə bilər.

“İmzalanmadan 2-3 gün əvvəl Azərbaycan tərəfi Amerika tərəfi ilə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə sazişlər imzalamağa nail olub. Ermənistan NATO-da mühüm, hətta həlledici rol oynayan ölkə qarşısında dənizə yol açmaq məsələsini qaldıra bilərdi”, – deyə Manaseryan Ermənistan və Türkiyənin müvafiq beynəlxalq müqavilələrin tərəfləri olduğunu xatırladıb.

Yolun açılmasının Ermənistana gətirəcəyi faydalara gəlincə, iqtisadçı qeyd edib ki, dövlət qurumları konkret hesablamalar aparıb, ictimaiyyətə təqdim etməlidir.

“Mən bunu hələ görmürəm”, – Tatul Manaseryan əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Putinin sevinci həddən artıq tezdir” – Almaniya  XİN rəhbəri

redaktor

Ukrayna Baş Qərargahı: “Rusiyanın itkiləri 75 mini keçib”

redaktor

Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq – Japarov

redaktor