CəmiyyətİqtisadiyyatŞikayət

Azərbaycanda dana əti bahalaşmaqda davam edir

Ölkə vətəndaşlarının AzadlıqRadiosuna bildirməsinə görə, son günlər istər Bakıda, istərsə də ölkənin bir çox rayonlarının satış məntəqələrində dana ətinin kiloqramı 17 manata yüksəlib. Halbuki, dana ətinin kiloqramı elə ötən ay 14 manatdan 16 manata yüksəlmişdi.

Bakıda ət satışı ilə məşğul olan bir şəxs AzadlıqRadiosuna deyib ki, dana ətinin topdansatış məntəqələrində qiyməti artıb.

Hələlik, dana ətinin bahalaşmasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl rəsmi qurumlardan bildiriblər ki, qiymətləri bazar müəyyən edir.

Ayrı-ayrı müstəqil iqtisadçıların fikrincə isə, ölkədə qırmızı ət bahalaşmaqda davam edəcək. Onların sözlərinə görə, son illər ölkədə pambıqçılığın inkişafı adı altında heyvandarlığa aid fərdi təsərrüfatlara böyük ziyanlar vurulub. Üstəlik, onlar hesab edirlər ki, hazırda örüş yerləri az, yem məhsulları isə bahadır.

Ət idxalı azalıb

Yeri gəlmişkən, Azərbaycanda ət idxal olunan ərzaq məhsullarında əsas yerlərdən birini tutur. Amma Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 7 ayında ət idxalında azalma var. Qurumun açıqlamasına görə, 7 ayda ölkəyə 55.1 milyon dollar həcmində 25 min 180 ton ət idxal edilib.

DGK-nin bildirməsinə görə, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsiylə 13.4 milyon dollar və ya 19.6 faiz, miqdar ifadəsiylə isə 5 min 543 ton, başqa sözlə, 18 faiz azalıb.

3 manat 72 qəpik…

Bu ilin ilk 7 ayının nəticələrinə görə, Azərbaycanın idxal etdiyi ətin kiloqramının orta idxal qiyməti 3 manat 72 qəpik təşkil edib. Bu da illik müqayisədə 7 qəpik və ya 1.8 faiz ucuzlaşma deməkdir.

Bəzi müstəqil ekspertlər ölkəyə idxal edilən ətin keyfiyyətinə də şübhə ilə yanaşırlar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qəşəm Nəcəfzadə Nizami Cəfərovla əlbəyaxa olması iddiasından danışdı: “Dostumdur”

redaktor

Lalə Şövkət qurultay keçirib? Axı deyilmişdi ki, “sərbəst hərəkət edə bilmir”

redaktor

Satışda olan qarpız və yemiş təhlükəsizdir? – VİDEO

redaktor