DünyaSiyasət

Paşinyan “Böyük Turan”a razılaşdı, dəhlizin adını dəyişdi?

Ermənistanın Baş naziri Nikol Paşinyan “İctimai Radio”ya müsahibə verib.

Tacxeber.com xəbər verir ki, Paşinyanın müsahibə zamanı Zəngəzur dəhlizi ilə bağlı suala cavabı maraqla qarşılanıb.

Jurnalist soruşub: Ermənistan hökumətinin Azərbaycana birtərəfli üstünlüklər gətirən “Böyük Turan” layihəsinin həyata keçirilməsində Zəngəzurdan ekstraterritorial dəhliz verməsi doğrudurmu?

Paşinyan belə cavab verib: “Bəli. Lakin “Böyük Turan Yolu” yox, “Sülh yollarının kəsişməsi”, “Tramp yolu”. Bu yol ölkəmizin yurisdiksiyası daxilində, suverenliyi və ərazi bütövlüyü qorunmaqla fəaliyyət göstərəcək. Bu yol hər iki ölkəyə qarşılıqlı üstünlüklər gətirəcək”.

Qeyd edək ki, Zəngəzur dəhlizinə nəzarətin “Tramp marşrutu” adı ilə 99 il müddətinə ABŞ-a icarəyə veriləcəyi açıqlanıb.

Zəngəzur dəhlizi türk dünyasının birləşməsi kontekstində həm də “Böyük Turan Yolu” kimi təqdim edilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Teokratik rejim dağılır

redaktor

Belçika kəşfiyyatı casusluq şübhəsi ilə Avropanın ən böyük “Alibaba” mərkəzini

admin

Kimsə İranla din qardaşı olduğumuzu sübut etməyə çalışmasın – Deputatdan SƏRT SÖZLƏR

redaktor