21 C
Bakı
20 Oktyabr 2026 13:03
DünyaSiyasət

Fransada Makronun istefası ilə bağlı təşəbbüs irəli sürüləcək

Fransada solçu “Boyun əyməyən Fransa” partiyası prezident Emmanuel Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı parlament təşəbbüsü qaldırmağı planlaşdırır.

Tacxeber.comxəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano sosial şəbəkə X-də açıqlama verib.

Onun sözlərinə görə, təşəbbüs hökumətə etimad səsverməsindən bir gün sonra – 9 sentyabrda parlamentdə müzakirəyə çıxarılacaq. Qeyd edək ki, hökumətə etimad səsverməsi 8 sentyabrda keçiriləcək.

“8 sentyabrda biz baş nazir Fransua Bayrunun istefasına nail olacağıq. 9 sentyabrda isə prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması barədə təklif irəli sürəcəyik”, – deyə Pano bildirib.

Fraksiya rəhbəri əlavə edib ki, bu qərarın səbəbi 2024-cü ildə keçirilən parlament seçkilərində sol qüvvələrin qalib gəlməsinə baxmayaraq, Makronun onların namizədini baş nazir təyin etməkdən imtina etməsidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin