DünyaHadisə

Rus idmançı Bosfor boğazını keçərkən yoxa çıxdı

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

Üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Oktay Saral zehniyyəti”nin doğurduğu acı nəticə

redaktor

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor