DünyaSiyasət

Zelenski: Ukrayna müttəfiqlərdən hər ay ABŞ silahları üçün 1 milyard dollar dəstək alacaq

Ukrayna müttəfiqlərindən ABŞ istehsalı olan silahların alınması üçün hər ay ən azı 1 milyard dollar maliyyə dəstəyi alacaq.

Tacxeber.com xəbər verir ki bunu prezident Vladimir Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Har Stere ilə birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, Norveç PURL proqramına qoşulub və bu proqram çərçivəsində ABŞ-dan silah alınması planlaşdırılır. Zelenskinin sözlərinə görə, proqramın maliyyələşdirilməsi ayda minimum 1 milyard dollar təşkil edəcək.

Prezident əlavə edib ki, Norveç Ukraynanın təhlükəsizlik zəmanətlərinə, xüsusilə hava hücumundan müdafiə və dəniz təhlükəsizliyi sahələrində mühüm töhfə verə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsmayıl Haniyənin məhvi ilə bağlı yeni İDDİA: Ermənistan rəsmiləri də iştirak edib

redaktor

“Mançester Siti” və “Real”dan qələbə

admin

Almaniyanı daha ağıllı edən türk: onun adı Şahin… – FOTO

admin