Müharibə başlayandan Ukrayna hər bir silah üçün Qərb tərəfdaşlarına minnətçi düşür, onlardan əldə etdiyi silahların istifadəsi üçün isə xeyli şərtləri qəbul etməli olurdu. Elə indi də bu qayda davam etməkdədir. Ancaq paralel olaraq Ukrayna öz hərbi-sənaye kompleksini də inkişaf etdirir. Hazırda dron istehsalında Ukrayna dünya liderləri sırasına çıxmaqdadır. Eləcə də raket istehsalında da xeyli uğurlar əldə edilib. Bir vaxtlar 70-80 kilometr məsafəni vuran “Himars” üçün aylarla minnətçi düşən Ukrayna indi özü 3000 kilometr vura bilən “Flaminqo” istehsal edib.
Ukrayna prezidenti avqustun 20-də jurnalistlərlə görüşündə “Flamingo”-nu Ukraynanın ən uğurlu inkişafı adlandırıb.Raket ilin sonu və ya 2026-cı ilin əvvəlində istehsala buraxılacaq. KİV-in məlumatına görə, “Flamingo” 3000 km mənzilli və bir ton döyüş başlığına malik FP-5 qanadlı raketidir. Müdafiə Nazirliyi raketin artıq Rusiyadakı hədəflərə qarşı istifadə olunduğunu təsdiqləyib.