DünyaSiyasət

Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtondakı görüşünü şərh edərək, bunu “Zelenskinin triumfu” adlandırıb.

Saakaşvili bu barədə sosial şəbəkələrdəki hesablarında yazıb.

Saakaşvilyə görə, görüşün əsas mövzusu Ukraynaya ABŞ və Avropadan hərbi müdafiə zəmanətlərinin verilməsi olub. Saakaşvilinin fikrincə, bu, NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik təminatı deməkdir.

Eks-prezident bildirib ki, Rusiya lideri Vladimir Putin Zelenski ilə görüşməyə razılaşıb, lakin əslində başqa çıxış yolu yoxdur: “Rusiya büdcəsi tarixində ən böyük kəsirlə üzləşib, ordusu hücuma keçə bilmir, əksinə, Ukrayna hücum əməliyyatlarına başlayıb. Putin sadəcə çalışır ki, müharibənin sonu onun məğlubiyyəti kimi görünməsin.”

“Ancaq bütün hallarda bu, Rusiyanın son yüz ildəki ən böyük məğlubiyyətidir və regionumuzda böyük dəyişikliklərə gətirib çıxaracaq,” – deyə Saakaşvili vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı

redaktor

Baydenin oğlu Moskva merinin arvadından milyonlarla dollar vəsait alıb

redaktor

DTX-nin istefada olan polkovniki əhalini ictimai yerlərdə sayıq olmağa çağırıb

admin