30 C
Bakı
20 Avqust 2025 16:26
CəmiyyətDinDünyaSiyasət

Dini örtük altında xarici təsir və qızışdırıcı təşəbbüslər: Azərbaycanda qadınların siyasi-manipulyativ aksiyaları

Bakıda bir qrup qadın dini ayin və mərasim adı altında kütləvi aksiya keçirmək üçün cəhd edib. Əvvəl, ərbəin deyilən dini mərasim və ayinlərlə başlayıb, sonra isə ssenari üzrə Xamenei rejimi təbliğatına keçid ediblər antiazərbaycan yönlü.

Nəticədə 6 qadın həbs edilib. Sonra, dərhal da barələrində cinayət işi başlanıb və 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu isə, o deməkdir ki, onlar, cinayət tərkibli əməldə təqsirləndirilirlər. 1987-84, 81, 75, 94, 73 təvəllüd yaşda qadınlar.

Mən şəxsən, maksimum mümkün qədər qadın həbsinin sərt olaraq əleyhinəyəm. Və bəlkə də ilk dəfədir qadın, ya dindar qadınlar aksiyasına belə, sərt tutqular var. Görünür, sıradan bir dini tədbir olmayıb bu, analizə varsaq. Demək ki, bu işin arxasında xüsusi təşkil, motiv, məqsəd var.

Bu təşkil də, qadınlar üzərlərinə şəklini vurduğu Xameninin Azərbaycandakı şəbəkəsi və Tehran tərəfdən göstərişli ola bilər. Sifarişçisi də təbii, bu saat Azərbaycanın əlindən zəncir çeynəyən Kreml. Motiv və məqsəd nə ola bilir? Rusiyanın Azərbaycana mümkün daha sərt təzyiqi, hətta ola bilsin basqısına, Azərbaycanın içində olan xameneiçləri ayağa qaldırma hazırlığı, “məşqi”.

Görmədiniz, Rusiya təşkilli “Tovuz basqısında”, Polad Həşimov sarsıntısından sonra, proqram ssenari üzrə Milli Məclisə basqı-çevriliş cəhdi içindən nə qədər İranın dini şəbəkə üzvü çıxdı? Görmədiniz, 44 gün müharibə dövrü, Rusiyanın düymə basdısı ilə İran qoşunu Arazı keçmişdi?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İsrail və HƏMAS arasında böyük razılaşma…

admin

Nobel Sülh mükafatı Ərdoğana verilməlidir – Korotçenko

redaktor

Cənubi Qafqazda sülh imkanı və Moskvanın təxribat riski.

admin