25 C
Bakı
13 Oktyabr 2025 16:57
DünyaHadisə

“Əsrin soyğunçuluğu” – 25 milyon dollarlıq brilyant oğurlandı

Dubayda dəyəri 25 milyon dollar olan nadir çəhrayı brilyant satıcının gözü qarşısında oğurlanıb. Hadisə “əsrin soyğunçuluğu” kimi qiymətləndirilib.

Tacxeber.com “CBS News”a istinadən xəbər verir ki, qiymətli daşı Avropadan gələn diler BƏƏ-yə gətirib. O, daşını icarəyə götürdüyü villada potensial müştəriyə göstərməyə razılaşıb. Lakin görüş tələ imiş – brilyant “baxış” zamanı satıcının gözü qarşısında yoxa çıxıb.

Şok yaşayan satıcı dərhal polisə zəng vuraraq, “Müştəriyə brilyantı göstərdim, baxdılar və… oğurladılar” – deyə məlumat verib.

Hadisədən cəmi səkkiz saat sonra Dubay polisi xüsusi əməliyyat keçirərək oğruları yaxalayıb. Əməliyyata xüsusi qruplar cəlb olunub, həmçinin süni intellekt texnologiyasından istifadə edilib. Nəticədə Asiya ölkələrindən olan üç nəfər həbs edilib və qiymətli daş geri qaytarılıb.

Dubay dünyanın əsas almaz ticarəti mərkəzlərindən biri hesab olunur. Əmirlik hakimiyyəti təhlükəsizlik və nəzarət tədbirlərinə xüsusi önəm verir. Brilyantın qaytarılması üzrə uğurlu əməliyyat da bunun növbəti təsdiqi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

redaktor

AZAL təyyarəsinə görə sığortahaqqı ödəndi

redaktor

Zalujnı vəzifədən kənarlaşdırılır? – Umerov açıqladı

admin