22.8 C
Bakı
10 İyun 2026 02:30
CəmiyyətDünya

Dubayda pasport yoxlaması saniyələrə endirilir – sərnişinlər sənədsiz keçəcək!

Dünyanın ən çox sərnişin qəbul edən hava limanlarından biri olan Dubay Beynəlxalq Aeroportu ilk dəfə süni intellektə əsaslanan immiqrasiya koridoru ilə təchiz olunacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə The Times of India məlumat yayıb.

Yeni sistem sərnişinlərə pasport və digər sənədləri göstərmədən, dayanmağa ehtiyac qalmadan pasport kontrolundan yalnız bir neçə saniyəyə keçməyə imkan verəcək. Üz tanıma və sənəd yoxlama prosesi sərnişinlərin kontrol nöqtəsinə çatmamış əvvəlcədən avtomatik həyata keçirilir.

Süni intellekt koridoru eyni anda 10 sərnişini qəbul edə bilir və fiziki sənədlərin tamamilə istifadəsini ləğv edir. Həmçinin, sistem şübhəli sənədlərlə bağlı məlumatları dərhal müvafiq mütəxəssislərə ötürür, təhlükəsizlik protokolları yüksək səviyyədə təmin olunub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə endirim elanı izdihama səbəb oldu: Müştərilər ayaqlar altında qaldı – VİDEO

redaktor

Tramp: ABŞ Venesuela ilə müharibə vəziyyətində deyil

redaktor

Türkiyə “F-16” qırıcılarını Azərbaycana göndərdi – VİDEO

redaktor