DünyaSiyasət

Lebedev: Azərbaycan və Ermənistanın Vaşinqtonda qəbul etdiyi bəyannamə sülhə yol açır

Müstəqil Dövlətlər Birliyi Vaşinqtonda Ermənistan və Azərbaycanın imzaladığı sənədlərin sülh sazişinin bağlanması üçün əsas olacağını gözləyir.

Bunu MDB-nin baş katibi Sergey Lebedev qurumun nizamnamə və digər orqanları yanında Daimi Nümayəndələr Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Birlik ölkələri İrəvan və Bakının birgə bəyannaməsini alqışlayıb, bunu fikir ayrılıqlarının həlli və sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

Lebedev ümidvar olduğunu bildirib ki, sülh sazişi Ermənistan və Azərbaycanın MDB-nin işində fəal iştirakına imkan verəcək və onların ərazilərində təşkilatın ali orqanlarının iclaslarının daha əhatəli keçirilməsini təmin edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İranın pilotsuz təyyarəsini vurub.

redaktor

Ginnesin Rekordlar Kitabına düşən müəllimlər – Çox maraqlı səbəblər

admin

Tarixin dərsləri. (Düşünmək üçün)

admin