11 C
Bakı
30 Mart 2026 00:50
CəmiyyətDünya

İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi

İranın daxili işlər naziri İskəndər Mümini Əfqanıstan və Pakistanın şərq sərhədində 130 kilometrlik divar inşa etdiklərini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, Mümini ölkənin şimal-şərq sərhədinə baxış keçirib.

Nazir bildirib ki, indiyədək təxminən 130 kilometr divar tikilib, 185 kilometrlik infrastruktur işləri tamamlanıb.

Qeyd edək ki, bir neçə ay öncə İranın güc strukturu səlahiyyətliləri Əfqanıstan və Pakistanın daxil olduğu şərq sərhədində ilin sonuna qədər 400 kilometrlik təhlükəsizlik divarının tikiləcəyini və divarın 103 kilometrinin artıq tikildiyini açıqlayıblar.

Tehran administrasiyası isə bəyan edib ki, Əfqanıstan-Pakistan sərhədində 4 metr hündürlüyündə beton divar inşa etməklə qanunsuz miqrasiya və rejim əleyhinə casusların ölkəyə girməsinin qarşısını almağı hədəfləyirlər. (Qafqazinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Əsəd və ailəsi ilə bağlı qərar verib – Peskov

redaktor

Rövşanə yenə qızlara SATAŞDI: “Geyimləri və dırnaqları…”

redaktor

Bakıda gözəl mənzərə: tıxacda əsəblərə su səpildi – VİDEO

redaktor