22.8 C
Bakı
10 İyun 2026 01:35
DünyaSiyasət

Sikorskidən Trampa məntiqli cavab…

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynada müharibənin dərhal dayandırılması ilə bağlı çox sadə məsləhətlər verib. Nazir Radoslav Sikorski X sosial şəbəkəsində yazıb: “Arayış üçün. 1994-cü ildən Ukrayna artıq müstəqillik və sərhədlərin toxunulmazlığına dair zəmanətlərə malikdir – o cümlədən Rusiyadan. Bundan əlavə, 22 aprel 2004-cü ildə Vladimir Putin Rusiya-Ukrayna sərhədi haqqında müqaviləni təntənəli şəkildə ratifikasiya edib. Sadəcə, onlara riayət etmək kifayətdir – və müharibə bitəcək”.

Bir gün əvvəl Tramp demişdi ki, Zelenski “istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər” və ukraynalıların Krımı Putinə verməli və NATO-ya üzv olmaqdan imtina etməli olduqlarına eyham vurmuşdu…

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır

admin

Gəncə şəhərinin dərdini tapıb müalicə eləmək lazımdır.

redaktor

Yadplanetlilər niyə bizimlə əlaqə saxlaya bilmirlər? – İki fərziyyə var

redaktor