23 C
Bakı
22 Oktyabr 2026 16:24
CəmiyyətHadisə

Şəhidlər Xiyabanından video paylaşan əcnəbilərə cinayət işi açıldı – 3 nəfər TUTULUB

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Tacxeber.com-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor

Yaxşı mübarizə, məyusedici nəticə

admin