21.4 C
Bakı
18 Avqust 2025 10:09
DünyaSiyasət

Rusiyaya qarşı ikinci cəbhə Moskvanın ən etibarlı “qalasından” açıldı

Qərb ölkələri Rusiyanın Ukraynaya hücumlarını zəiflətmək üçün ona qarşı ikinci cəbhənin açılması barədə düşünürdü. Bəzən Moldova və dolayısıyla Rumıniya, bəzən Baltik, bəzən isə NATO-ya qatılmaq ərəfəsində olan Skandinaviya ölkələri potensial ikinci cəbhə xətti kimi göstərilirdi.

Cənubi Qafqaz da siyahıya salınan bu ölkələr arasında idi. Xüsusilə Gürcüstan. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu barədə verdiyi bəyanatlarda ölkəsinin Rusiya ilə müharibəyə təhrik olunduğunu bildirmişdi. Ötən il seçkiqabağı təşviqat mitinqində çıxış edən Kobaxidze növbəti dəfə bu ehtimal üzərində dayanaraq bildirmişdi: “Gürcüstan ən ağır təzyiqlərə boyun əyməyərək Rusiyaya qarşı ikinci cəbhəni açmayaraq sülhü qorudu”.

Maraqlıdır ki, Qərb dövlətləri çox axtardıqdan sonra nəhayət Rusiyaya qarşı ən optimal ikinci cəbhə xəttini tapdı. Həm də indiyədək heç kimin gözləmədiyi bir coğrafiyada – Balkanlarda. Özü də Rusiyanın Avropada alınmaz qalası hesab olunan Serbiyada.

Artıq 5 gündür ki, Serbiyada vətəndaş qarşıdurması yaşanır. Şənbə günü etirazçılar Hakim Serb Tərəqqi Partiyasının (SNS) ofislərinə hücum edib onları yandırıblar. Belqrad hökuməti isə hökumət əleyhinə nümayişçiləri yatırmaq üçün bölgəyə çevik polis qüvvələri göndərib.

Valyevo şəhərində polisin etirazçılara sərt tədbirindən sonra etirazlar nəinki səngiməyib, əksinə bütün ölkə boyu yayılıb. İş o yerə çatıb ki, Moskva da Serbiyada baş verənlərdən ciddi təşvişə düşüb. Rusiya XİN 15.08.2025-ci il tarixində yaydığı bəyanatda Moskvanın bu proseslərə laqeyd qalmayacağı vurğulanıb: “Rusiya çətin şəraitdə müstəqilliyini qoruyub saxlamaq və suverenliyini müdafiə etmək üçün özündə güc tapan qardaş Serbiyada baş verənlərə biganə qala bilməz.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistanın ərazi iddiası yoxdur və olmayacaq” – Paşinyan

redaktor

İnsult keçirdi, ayılanda başqa dildə danışmağa başladı – FOTO

redaktor

Kurska dronların kütləvi hücumu: şəhər yanır

redaktor