9 C
Bakı
24 Aprel 2026 05:19
DünyaHadisə

Pakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı artır

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.

Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.

Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənidən etiraf: “Dördüncü əsrdən qaraçı kimi köçürük” – VİDEO

redaktor

ÇL- PSJ və “Atletiko” yarımfinalda

admin

Erməni alayının Ukraynada dəhşətli qətliamları – Foto

redaktor