25.6 C
Bakı
19 İyun 2026 01:59
DünyaSiyasət

Bolton: “Tramp uduzmadı, amma Putin açıq şəkildə qalib gəldi”

Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ prezidentinin Vladimir Putinlə danışıqlarının nəticələrini şərh edib.

Boltonun sözlərinə görə, görüş Rusiya lideri üçün aşkar qələbə olub.

“Tramp uduzmadı, amma Putin açıq-aydın qalib gəldi. Trampın daha çox görüş vədlərindən başqa heç nə almadı.

Putin sanksiyalardan yayınıb, atəşkəs onu hədələmir. Növbəti görüş təyin edilməyib, Zelenski mətbuat konfransından əvvəl bu barədə heç nə bilmirdi”, o qeyd edib.

Bolton vurğulayıb ki, danışıqlar hələ prosesin sonu demək deyil, lakin indidən demək olar ki, “Putin istədiyinin əksəriyyətinə nail olub, Tramp isə çox az şeyə nail olub”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

redaktor

2027-ci ildə kosmosa səyahət üçün Çin şirkəti ilk biletləri artıq satdı

admin

“Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir” – Ursula fon der Lyayen

redaktor