DünyaSiyasət

İran və Rusiya Vaşinqton razılaşmalarını əngəlləmək üçün planlar qururlar.

ABŞ-nin Azərbaycandakı sabiq səfirləri Riçard Morningstar və Robert Sekuta administrasiyaya müraciət edərək, 8 avqustda Vaşinqtonda keçirilən tarixi sammitdə qəbul edilmiş qərarların icrasını uzatmamağı və Cənubi Qafqazda daha fəal işləməyi tövsiyə ediblər. Həqiqətən sammitin qərarlarını uzatmaq təhlükəlidir, İran və Rusiyadakı mühafizəkar dairələr Vaşinqton razılaşmalarının yerinə yetirilməsini əngəlləmək üçün planlar qurmağa başlayıblar. Bu onların təxribatçı açıqlamalarından da anlaşılır.

Amerikalı diplomatların birgə müraciətində “ABŞ administrasiyası eyni zamanda, ABŞ Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edərək yeni nəqliyyat marşrutlarının potensialını tam reallaşdırmalıdır” cümləsi də diqqətçəkicidir.

Bu ABŞ-ın Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bölgəsində, o cümlədən Mərkəzi Asiyada möhkəmlənməsinin vacibliyindən xəbər verir. ABŞ Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın zənginliklərinə çıxış imkanı qazanacaq. Bu eyni zamanda Mərkəzi Asiya ölkələrinin də siyasi və iqtisadi maraqlarına cavab verir. Mərkəzi Asiya ölkələri Rusiya və Çindən iqtisadi asılılıqlarını azaltmağa çalışırlar. Zəngəzur dəhlizindən istifadə onlara bu imkanı saxlayacaq.

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan Rusiyanın mühüm tərəfdaşıdır” – Peskov

redaktor

Rusiyanın əsas silah satıcısının xanımının biznesi hay-küy doğurdu – nəhəng layihələr, mənzillər

redaktor

“Ukrayna ərazisinin üçdə birini itirəcək və heç vaxt NATO-ya…” – Baş nazirdən MÜHÜM AÇIQLAMA

admin