DünyaSiyasət

Simonyan erməni gənclərə MÜRACİƏT ETDİ: “Azərbaycanla sülh yeni qapılar açır”

Ermənistan parlamentinin sədri Alen Simonyan gənclərə müraciət edərək Azərbaycanla bağlanmış sülh müqaviləsinin tarixi əhəmiyyətini vurğulayıb.

Bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.

Simonyan bildirib ki, əldə olunan razılaşma ölkə üçün iqtisadiyyatın gücləndirilməsindən və təhsilin inkişafından tutmuş təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə qədər geniş perspektivlər açır.

“Sizin nəsil davamlı sülhün ən böyük qurucuları və qoruyucusu olacaq. İnanıram ki, birlikdə təhlükəsiz, ədalətli və firavan Ermənistan quracağıq. Burada sizin arzularınız məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan həyata keçəcək”, — deyə Simonyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Epik qəzəb-Kükrəyən Aslan” əməliyyatının ilk nəticələri

redaktor

Neyləyəcəklər, Livanı bombalayacaqlar? – Putin

admin

İsrail ordusu Beyrutda hündürmərtəbəli binaya PUA atdı – ANBAAN VİDEO

redaktor