25 C
Bakı
11 Avqust 2025 09:41
DünyaMüsahibəSiyasət

ABŞ-ın vitse-prezidenti: Tramp Putini Zelenski ilə danışmağa “məcbur etməlidir”

“V. Putin və V. Zelenski D. Trampla danışıqlardan əvvəl görüşsələr bu səmərəsiz görüş olacaq”.

Tacxeber.com xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vance Fox News-a bildirib.

“ABŞ prezidenti iki prezidenti bir araya gətirməlidir. Biz, əlbəttə ki, ukraynalılarla danışacağıq. Bu gün səhər mən onlarla danışmışam, Marko (ABŞ Dövlət katibi Marko Rubio) də danışıb. Bu söhbət açıq qalır.  Amma ən əsası odur ki, prezident (Donald Tramp)  Putini Zelenski ilə olan fikir ayrılıqlarını aradan qaldırmağa məcbur etməlidir.

Təbii ki, biz işğalı pisləyirik, indiki vəziyyəti bəyənmirik, amma sülhə gəlmək lazımdır. Bunun da yeganə yolu danışıqlardan keçir. Barmağınızı kiməsə göstərib “Sən səhv edirsən! Biz haqlıyıq!” deyə bilməzsən” fikrini söyləyən vitse-prezidenti daha sonra əlavə edib ki, “ABŞ Ukrayna hərbisini maliyyələşdirməyi sonlandırmaq və müharibəni dayandırmaq istəyir”.

Tacxeber.com

Oxşar xəbərlər

Aşotyandan Paşinyanın oğluna: “Atanın ucbatından 5 min erməni ölüb, get şikayətini geri götür”

redaktor

Türkiyə Nazirlər Kabineti toplanır: Taxıl böhranı…

redaktor

Zelenskinin 3 SƏHVİ

redaktor