25 C
Bakı
11 Avqust 2025 09:35
DünyaSiyasət

Rusiya və İranın “TrampƏzuR” dərdi – Natiq Cəfərli

Bir neçə günlük şokdan sonra İran və Rusiya “ayıldılar”, ABŞ-da imzalanan sənədin üzərinə “zəhər qusmağa” başladılar.

İşin maraqlı, qəribə, absurd tərəfi odur ki, Tehran və Moskva rəsmi İrəvanın ÖZ ərazisi haqqında verdiyi ÖZ qərarının Ermənistana ZİYANLI olduğunu “sübut” etməyə çalışırlar. Yəni, İran və Rusiya Ermənistan “Papasından” daha çox “katolik” olmağa çalışırlar.

Sünik (Zəngəzur) Ermənistan ərazisidir, yol Ermənistan ərazisindən keçir, mülkiyyətçi Ermənistandır, o yol üzərindən Ermənistanın suveren hüquqları tam təmin edilir – sadəcə, investisiyanı ABŞ qoyur, operatorluğu ABŞ şirkəti təmin edir, deməli, təhlükəsizliklə bağlı məsuliyyəti də Ermənistan dövləti ilə yanaşı, ABŞ da öz üzərinə götürür.

Bax “xoruzun quyruğu” da məhz bu hissədədir – Zəngəzur yolu Rusiyanın nəzarətində açılsaydı, Kreml Cənubi Qafqazda son 5 ildə Azərbaycan və Türkiyə tandeminin qurduğu mürəkkəb və uğurlu siyasət nəticəsində itirdiyi mövqeləri, az da olsa, bəpra etməyi düşünürdü. Zəngəzurun “açarı” Kremildə olanda, yolun əhəmiyyəti də azalacaqdı – istədiyi zaman Azərbaycan pomidorunda “qurd”, Ermənistan konyakında “zəhər” tapan Rusiya, yolu da kefi istəyəndə bağlayacaqdı. Bundan İran da mənun olacaqdı ki, Rusiya ilə birgə yolda “şveysar-qapıçı” olacaqdılar.

Hər iki ölkə yolun TƏK Ermənistan məsuliyyətində olmasına da razı ola bilərdilər, bu zaman İrəvan üzərində ciddi basqı, yeni müharibələr üçün böyük rıçaq əldə edəcəkdilər. Yəni, məsuliyyət TƏK Ermənistanda olsa, Zəngəzurdan keçən yük və sərnişinlərə qarşı hər zaman təxribat edə bilən, buna qadir olan Rusiya və İran, hər təxribatda Azərbaycanla Ermənistanı yenə üz-üzə qoyaraq yeni müharibələr üçün zəmin hazırlayacaqdılar, bununla da hər Bakı və İrəvana itirdikləri “dəyənək” təzyik alətini yenidən əldə edəcəkdilər.

Moskva və Tehranı qıcıqlandıran, narazı salan, ABŞ-da imzalanan sənədin mürəkkəbi qurumamış zəhər saçan ritorikalarının əsas səbəbi budur ki, əgər ABŞ Zəngəzur yolunun operatoru və təhklükəsizlik provayderi olsa, o zaman 43 km yol boyu təxribatlar edərək İrəvan və Bakını daim gərginlikdə saxlamaq aləti əllərindən çıxmış olacaq. Vilayətinin, “ora gələn ABŞ müzdluları üçün yol qəbrstanlıq olacaq”, bəyanatı da məhz bu məsələdən xəbər verir.

Azərbaycan bu məsələdən diplomatiyada “master-class” göstərərək yaxşı məsafədə qaldı – biz ölkə olaraq yolun normal işləməsində maraqlıyıq, Ermənistanın ÖZ ərazisindən keçəcək yola nəzarətlə, investisiya ilə bağlı problemlər artıq ABŞ və Ermənistanın problemləridir. Rusiya və İranla özləri həll edər, biz isə ancaq sülh yolunun açılması ilə bağlı öz üzərimizə düşən işi yerinə yetirək, ÖZ ərazimizdə olan infrastruktur layihələrini tamamlayaq, Zəngəzur dəhlizinin başlanğıcında masa qoyub, çayımızı içək və izləyək – arada popkorn da yemək olar…

 

Tacxeber.com

Oxşar xəbərlər

İrandan İsrailə xəbərdarlıq: Yaxın bir neçə saat ərzində…

redaktor

Tehrandan İsrailə həm təklif, həm də təhdid: Qəbul etsə…

redaktor

Makron İrana meydan oxudu

redaktor