22.8 C
Bakı
10 İyun 2026 01:51
CəmiyyətDünya

“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

Ötən gün AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Qeyd olunan informasiyada Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub.

Cəmiyyətdə ciddi rezonans doğuran bu xəbərlə bağlı Manset.az Cahangir Əsgərovla əlaqə saxlayıb. O, hazırda öz bağında istirahət etdiyini bildirib.

“Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm. Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan bir adamam. Xahiş edirəm, məndən əl çəksinlər. Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram”,- deyə, Cahangir Əsgərov açıqlamasında vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevə kamikadze dronlarla zərbələr endirilib – YENİLƏNİB 2

redaktor

Qəza anı nələr baş verib? – Sağ qalan sərnişin hər şeyi danışdı – VİDEO

admin

“SEPAH ilə əlaqəli şəxs İvanka Trampa sui-qəsd planlaşdırıb” – ABŞ nəşri

redaktor