22.6 C
Bakı
29 İyun 2026 08:49
DünyaMuharibəSiyasət

Sırskı: Müharibəni yalnız Ukraynanın şərtləri ilə başa vurmaq mümkündür

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskı müharibənin hərbi yolla başa çatdırılması barədə danışıb.

O bildirib ki, Ukrayna müharibəni yalnız öz maraqlarına uyğun şəkildə və hərbi üsullarla başa çatdırmalıdır.

Sırskı bu barədə TSN telekanalına verdiyi müsahibədə danışıb. Jurnalistin “Müharibənin hərbi yolla bitməsi mümkündürmü?” sualına cavab verən komandan bu fikirləri bildirib:

“Müharibə bizim üçün sərfəli şəkildə başa çatmalıdır. Bunun üçün hər şeyi etməliyik. Biz geri çəkilməməli, əksinə, qalib gəlməliyik. Düşməni məhv etməliyik. Onlara elə itkilər verməliyik ki, müharibəni bitirməyə məcbur qalsınlar. Və bu, onların güc mövqeyindən deyil, bizim şərtlərimizlə baş verməlidir.”

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu Kurskda irimiqyaslı hücuma keçdi

admin

Kremlin zəhərlədiyi Sibir dissidenti: “Rejim qəfil dağılacaq”

admin

Dünyanın ən böyük aysberqi PARÇALANDI

redaktor