DünyaSiyasət

Pentaqon: ABŞ Ukrayna üçün raketlər istehsal edəcək

Pentaqon Amerikanın müdafiə şirkəti “Raytheon Technologies” ilə AMRAAM ortamənzilli hava-hava raketlərinin istehsalı üçün 3,5 milyard dollara qədər müqavilə imzalayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Sövdələşmə “Raytheon Technologies Corp” ilə imzalanıb. Razılaşamaya əsasən döyüş təyyarələri üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş ortamənzilli raketlər istehsal olunacaq.

Sənədə əsasən, raketlər təkcə Ukraynaya deyil, həm də bir sıra digər ölkələrə, o cümlədən Danimarka, Belçika, Yaponiya, Hollandiya, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə tədarük ediləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Budanovdan xəbərdarlıq: Krım körpüsündən istifadə etməyin

redaktor

Maraqlı yeni il adətləri – Boşqab sındırmaq, əşyaları çölə atmaq…

redaktor

Seymur Talıbovun yerinə təyin edilən 36 yaşlı Aidə Cəlilzadə ilə bağlı MARAQLI MƏLUMATLAR

redaktor