12 C
Bakı
28 Mart 2026 10:33
CəmiyyətDigərQalmaqalŞikayət

Naxçıvanın stüardessa-hökuməti

Naxçıvana ilin yarısı üçün cəmi 80 milyon manatlıq dotasiya ayrılıb. Sözsüz ki, bu, olduqca azdır.

Bir çoxları hesab edirlər ki, Azərbaycan rəhbərliyi “xan” dövründə dövlət büdcəsinin talanmasının qisasını “canişin”dən alır.

Çox uzatmadan deyəcəyəm: mən Azərbaycan hakimiyyətinin bu qədər məntiqsiz hərəkət edəcəyinə inanmıram. Şəxsən mənim fikrimcə, Naxçıvana dotasiyanın azaldılmasının bir səbəbi var: Rəsmi Bakı “canişin” Naxçıvanına inanmır. Çünki göz gördüyündən qorxar. Ötən illərdə Hesablamalar Palatasının Naxçıvanda keçirilən qanunsuz tenderlərinin nəticələrini ləğv etməkdən yesiri çıxmışdı. Hətta iş o yerə çıxmışdı ki, Naxçıvanın köhnə Əmək və Əhalinin Sosial Müdafiə nazirinin başına Baş nazirlıq tacı qoyduqdan sonra əvvəlki 1 il 10 günlük vəzifəsi zamanı keçirdiyi 22 tenderi özünə ləğv etdirdilər. Səbəbi çox sadə idi: adamın keçirdiyi tenderə cəmi 1 hüquqi və ya fiziki şəxs qatılmışdı. Yəni faktiki olaraq, tender keçirilməmiş, layihələndirilən iş yaxın dostlara hədiyyə edilmişdi.

İndi siz deyin, paytaxt həftənin 4 gününü Naxçıvanda iş başında, 3 gününü isə təyyarədə keçirən pilot-hökumətə (siz bunu stüardessa-hökumət kimi də oxuya bilərsiniz) niyə güvənməlidir? Şəxsən mən siyasi iradənin yerinə olsam, qonur danamı belə, “canişin”ə etibar etmərəm.

Bəs, hakimiyyət o boyda Naxçıvanı niyə “canişin”ə tapşırıb? Doğrusu, bu sualın cavabını hələ tapa bilməmişəm. Tapan kimi sizinlə də paylaşacağam.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB – İLGİNC FAKTLAR

redaktor

Yeni Günəşlidə dəhşətli hadisə: Tikinti şirkəti gecə saat 3-də qazinin əmlakını dağıtdı – FOTOLAR

redaktor

“ATV məni yox, Polad Həşimovun xatirəsini təhqir edib” – Çingiz Abdullayevdən QALMAQALLI AÇIQLAMA

admin