1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Norveçin “Equinor” (statoil) şirkəti Azərbaycan neft bazarında olan milyardlarla payını sataraq ölkəni tərk edib.
Xatırladaq ki, bir neçə gün öncə “BP” şirkəti də Azərbaycan neftində zəhərli maddə aşkar oldunduğunu qeyd etmişdi. Şirkətdən bidiriblər ki, bu proses davam edərsə, hasilat avtomatik dayandırılacaq.
Məsələnin kökləri isə daha dərindir.
Azərbaycanı tərk edən təkcə qlobal xarici şirkətlər deyil, Azərbaycan oliqarxları da öz əmlaklarını ölkədən çıxarırlar. Əyani sübut kimi, iki gün öncə hakim ailənin Türkiyədə turizm obyektinə 500 milyon avro (1 milyard manat) yatırmasını göstərmək olar.
Çünki ölkədə artıq heç bir prespektiv gəlir sahəsi qalmayıb. Neften-qazdan gələn yüz milyardlar erası tarixdə qaldı. Neft tükənir, təbii qazın hasilatı üçün investisiya yatırılmır. Dünya alternativ enerjiyə keçir. Maya xərci ödəmir.
Vəziyyət o yerə gəlib çatıb ki, xalqın bir manatına möhtac qalıblar. Getdikcə absurd-absurd qərarlar qəbul edirər: sayğac pulu, abunə pulu, servis pulu…
Digər tərəfdən də Rusiya çökür. Hakimiyyət qarantisi olan Rusiyanın zəifləməsi, Çinin uzaq olması, Qərbin regional və ənənəvi tələbləri, səssiz sanksiya addımları, Putinə kömək edən neft tankerlərinin həbsi, Əli Kərimlinin dünya mətbuatında 3 gündən bir alternativ kimi göstərilməsi artıq radikal gedişlərin atılmasını məcburi edir.
Həqiqətən də bu neft Azərbaycan xalqı üçün “bədbəxtlik gətirən bəxşiş oldu.”
Şairin də dediyi kimi, “qara neftin qurtaranda, ağ günə çıxacaqsan”.