30 C
Bakı
30 İyul 2025 12:47
CəmiyyətDünya

“ChatGPT” ilə söhbətləriniz məhkəmədə əleyhinizə istifadə edilə bilər – XƏBƏRDARLIQ

“ChatGPT” ilə etdiyiniz söhbətlər məhkəmədə dəlil kimi əleyhinizə istifadə edilə bilər.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bunu “OpenAI” CEO-su Sam Altman deyib. O, bildirib ki, “ChatGPT” ilə şəxsi söhbətlər hüquqi müdafiəyə malik deyil və məhkəmədə açıqlana bilər.

Altman bu məxfilik boşluğunu müsahibədə “böyük problem” adlandırıb.

Onun sözlərinə görə, terapevtlər, hüquqşünaslar və ya həkimlərlə söhbətlərə tətbiq edilən hüquqi imtiyazlar hazırda “ChatGPT” ilə söhbətlərə şamil edilmir.

Altman istifadəçilərə xəbərdarlıq edərək bildirib ki, ChatGPT ilə “ən həssas mövzular” haqqında danışsanız və sonra məhkəmə ilə üzləşsəniz, bu məlumatı verməyə məcbur ola bilərlər.

O, ChatGPT ilə paylaşılan informasiyaların hüquqi baxımdan qorunmasının vacibliyinə diqqət çəksə də, hələlik bu problemi həll edə bilmədiklərini söyləyib.

“Buna görə bəzən bəzi AI alətlərindən istifadə etməkdən qorxuram, çünki nə qədər şəxsi məlumat vermək istədiyimi bilmirəm, çünki kimin bu məlumatları əldə edəcəyini bilmirəm”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: “Mən olmasaydım, hazırda dünyada altı böyük müharibə gedirdi”

redaktor

Erməni Azərbaycan əleyhinə film çəkib festivallarda qalib olur – Mədəniyyət Nazirliyi “FİKİR VERMƏYİN” deyir

admin

188-ci gün: Rusiyanın itkiləri açıqlandı

redaktor