25.7 C
Bakı
13 İyun 2026 22:30
CəmiyyətİqtisadiyyatSiyasət

“Ən azı, üç il 1 manat olacağı ilə bağlı öhdəlik götürməlidir”

Qanun təsdiqləndi: elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək və bu səlahiyyət Tarif Şurasına (TŞ) həvalə edilib.

Gözlənti budur ki, aylıq sabit tarif 1 manat olacaq – yəni, işlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək.

Çox güman, TŞ-nın qərarı ilk olaraq aylıq 1 manat olacaq, amma, kim zənanət verə bilər ki, bir neçə aydan sonra TŞ-ı gecənin qaranlığında, vətəndaşlar yatanda (məşhur “mafiya” oynunda olduğu kimi), tarifi artırmayacaq?!

Ona görə də, mütləq hökumət bu qərarı vətəndaş qəzəbinin ünvanı kimi düşünülmüş TŞ-a həvalə etməməli, məsuliyyətin konkret ünvanı olmalı, Nazirlər Kabineti sabit tarifin, ən azı, üç il 1 manat olacağı ilə bağlı öhdəlik götürməlidir. Məsuliyyətin mütləq “adı və soyadı” bəlli olmalıdır, mücərrəd TŞ-na bu işi tapşırmaq olmaz.

Ümumiyyətlə, TŞ-nın fəaliyyəti büdcəyə təsir edir deyə, Ana Yasaya zidd qurumdur, çünki, bu səlahiyyət Parlamentə aiddir…

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İnstagram Kadırovların bütün hesablarını blokladı.

admin

Azərbaycanda onlayn narkokuryer saxlanıldı

redaktor

Gömrük Hospitalı və “Yeni Klinika”da maaşlar niyə verilmir? – AÇIQLAMA

redaktor