30 C
Bakı
30 İyul 2025 13:18
DünyaHadisəQalmaqalŞikayətSiyasət

ABŞ-da senatorlar Dr. Qubad İbadoğluya azadlıq tələb edir

ABŞ Senatının “İnsan Hüquqları üzrə Qrupunun həmsədrləri” olan Demokrat Coons, Respublikaçı Tillis və bütövlükdə 6 Qrup üzvü, Senatın “Silahlı Qüvvələr” Komitəsinin lideri, Respublikaçı Roger Wicker, Senatın “Ödəniş” komissiyasının 1 dərəcəli üzvü Dick Durbin də daxil olmaqla cəmi 14 Senator tanınmış iqtisadçı Dr. Qubad İbadoğlunun dərhal azad olunması üçün iki partiyalı çağırış ediblər.

ABŞ Senatının üzvləri Senatorlar – Chris Coons (Demokrat – Delaver), Thom Tillis (Respublikaçı – Şimali Karolina), Cory Booker (Demokrat- Nyu Cersi), Dick Durbin (Demokrat – İllinoys), John Fetterman (Demokrat – Pensilvaniya), Mazie Hirono (Demokrat – Havay), Tim Kaine (Demokrat – Virciniya), Andy Kim (Demokrat – Nyu Cersi), Ed Markey (Demokrat – Massachusetts), Jeff Merkley (Demokrat – Oregon), Alex Padilla (Demokrat – Kaliforniya), Jacky Rosen (Demokrat – Nevada), Chris Van Hollen (Demokrat – Merilend) və Roger Wicker (Respublikaçı – Mississippi) 25 iyul 2025-ci ildə aşağıdakı birgə bəyanatı yayıblar.

Bəyanatda deyilir:

“İki il əvvəl, Azərbaycan hakimiyyəti beynəlxalq səviyyədə tanınmış iqtisadçı, korrupsiyaya qarşı mübarizə üzrə ekspert və akademik Dr. Qubad İbadoğlunu əsassız şəkildə həbs etdi. ABŞ-ın aparıcı universitetlərində akademik vəzifələrdə çalışmış Dr. İbadoğluna qarşı saxta valyuta hazırlamaq və “ekstremist materiallar” saxlamaq kimi uydurma ittihamlar irəli sürülüb. Bu ittihamlar geniş şəkildə siyasi motivli və əsassız hesab olunur. Dr. İbadoğlu həm Azərbaycanda, həm də yaşayıb işlədiyi ABŞ-da demokratiya, yaxşı idarəçilik və insan hüquqlarına sarsılmaz sadiqliyini daim nümayiş etdirib.

Azərbaycan hakimiyyəti hələ də Dr. İbadoğlunu məhkəmə qarşısına çıxarmayıb və onun barəsindəki ilkin istintaqı qeyri-müəyyən müddətə dayandırıb. Nəticədə, o, faktiki olaraq qeyri-müəyyən bir müddətə azadlıq hüququ olmadan saxlanılır. Dr. İbadoğlu 274 günü qeyri-insani şəraitdə, ləyaqət alçaldıcı rəftara məruz qalaraq keçirib; bu isə onun sağlamlığını ciddi şəkildə pisləşdirib və fundamental hüquqlarını kobud şəkildə pozub. Hazırda o, həyati təhlükə yaradan səhhət problemlərindən əziyyət çəkir və ehtiyac duyduğu ixtisaslaşmış tibbi yardımdan məhrum edilir. Bu isə onun həyatını daha da böyük təhlükə altına atır. Həbsxana divarlarının kənarında isə Dr. İbadoğlunun ailəsi artan təhdidlərə və qisas tədbirlərinə məruz qalır.

Biz Azərbaycan hökumətinin Dr. İbadoğluna qarşı davam edən təqibini qətiyyətlə pisləyir və hakimiyyəti onu və bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Onun işi Azərbaycan hökuməti üçün etibarlılıq və xoş niyyət nümayiş etdirmək üçün bir fürsətdir. İndi düzgün addım atmaq, hər hansı bir ölkənin qlobal liderlik iddiasını dəstəkləyəcək beynəlxalq dəstəyin əldə olunmasına zəmin yarada bilər.”

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb – Yenilənib

admin

Zod istiqamətində düşmən təxribatının qarşısı belə alınıb – Video

redaktor

Nərminin qətli: İlkin nəyə məcbur edilib?

redaktor