34 C
Bakı
27 İyul 2025 14:35
CəmiyyətGündəmHadisəŞikayətTəhsil

Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib, niyə idarə mùdiri işləyir?

Bu barədə araşdırmaçı jurnalist Arifə Əliyeva məlumat verib:

“Müşahidələr göstərir ki, qadın məmurlar etimadı doğrulda bilmirlər. Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib.

Bu barədə Maliyyə və Elm və Təhsil Nazirliyi birgə məlumat yayıb. Bu yeyinti tabeliyində olan 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

Hələ bir zamanlar mən “reportyor.info”-da İlamə Abdullayevanın övladına dəbdəbəli toy etməsini yazmışdım. Həmin zaman toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutmuşdu.

Hələ, idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.

Bundan başqa, mənim yaşadığım Xırdalan şəhəri “Kristal -1” yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllik salonu fəaliyyət göstərir.

Özünü bir neçə dəfə ora xidməti avtomibili ilə gələndə görmüşəm.

Bəs, İlamə Abdullayevanın bu qədər şişməsini Elm və Təhsil Nazırliyi görmür?

Bütün qohumlarını Təhsil sektorunda vəzifəyə təyin etməsini Təhsil Naziri Emin Əmrullayev niyə görmür?

Yoxsa, şöbə müdrəsinin arxasında duran “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun verdiyi “pullar”gözlərini bağlaylrdı?

Məlumatlara görə, Xəlil Göyüşov İlhamə Abdullayevanın dayısıdır. Onun qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.

 

Hələlik bu qədər…”

Tacxeber.com

Oxşar xəbərlər

“OBA” marketdən daha bir şikayət – FOTO

redaktor

Sabirabadda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinənlər saxlanılıb – FOTO

redaktor

Agentliyin keçirdiyi tenderin məlumatları portala niyə gec yerləşdirilib? – Fotofakt

admin