22 C
Bakı
27 İyul 2025 09:32
CəmiyyətGündəmHadisəSiyasət

Anar Məmmədli üçün bu gün doğum günü deyil, susdurulma günüdür.

Bu gün hüquq müdafiəçisi Anar Məmmədlinin doğum günüdür. Amma o, ailəsinin və dostlarının yanında deyil. O, dəmir barmaqlıqlar arxasındadır. 47 yaşındadır.

Bu yaşda insan adətən övladının gülüşünü qucaqlayır, süfrə başında əzizləri ilə gülür, gələcək üçün planlar qurur. Amma Anar Məmmədli üçün bu gün doğum günü deyil, susdurulma günüdür. Çünki o qorxmadı.

Çünki o, xalqın səsini qorudu. Və indi azadlıq əvəzinə zindan, təşəkkür əvəzinə cəza, ədalət əvəzinə divan görür. Bu ölkədə düzü deyən zindana atılır. Bu torpaqda vicdanlı olmaq cinayət sayılır. Ədalət istəyənlər düşmən, susmayanlar məhkum olunur. Anar Məmmədli bu rejimin qorxduğu həqiqətin səsidir. Onun yeri zindan deyil, xalqının yanıdır.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Meta “Threads”ı dəyişdirir

redaktor

Qalmaqallı rektorun ucuz piar cəhdi-FOTOFAKT

redaktor

“Naxçıvanda eşşəyə minib Bakıya gəlsən, təyyarədən daha tez çatarsan” – Problem böyüyür

admin