DünyaSiyasət

Öcalanın “sağ əli” azadlığa buraxıldı

PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın “sağ əli” olan Veysi Aktaş həbsdən azad edilib.

Tacxeber.com xəbər verir ki, o, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı Həbsxanasında saxlanılırdı. Aktaş “dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, PKK terror təşkilatı artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları təhvil verməyə başlayıblar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yerin altında olan Fordo nüvə zənginləşdirmə mərkəzini sıradan çıxarmaq üçün ABŞ-ın strateji bombardmançılarına və bombalarına ehtiyac var.

admin

Qarabağa yüzlərlə PUA daşınıb – Kəşfiyyat şok məlumatlar açıqladı

redaktor

ABŞ-ın Mərkəzi Asiya strategiyasında Azərbaycanın yeri: Ramiz Mehdiyev niyə zərərsizləşdirildi?

redaktor