22.8 C
Bakı
10 İyun 2026 02:39
DünyaSiyasət

ABŞ-ın Zəngəzurdan keçən yolu icarəyə götürmək təşəbbüsü Ermənistanı qorxudur

Ermənistan hakimiyyəti ABŞ-ın Sünikdən (Zəngəzur dəhlizinin bir hissəsi) 42 kilometrlik yolu icarəyə götürmək təklifini qəbul etməyib.

Bu sözləri hakim “Mülki müqavilə” fraksiyasından olan parlamentin Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Eqoyan deyib. O, Faktor TV-də deyib: “Biz suverenlikdən imtina etmək təhlükəsini gördük.

Eqoyan qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfi bundan imtina etdikdən sonra müzakirəyə son qoyulub. “Əgər “yox” dediksə, bu, “yox” deməkdir”, – deyə siyasətçi bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya yeni savaşa girəcək, ölkə dağılacaq – Rus filosof

admin

Məgər husilərin hərbi donanması var?

redaktor

Hizbullah “Hermes 450”-ni ələ keçirdi

redaktor