DigərDünyaHadisə

Ukraynanın tanınmış briqada komandiri Kabzan vəfat etdi

Donetsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ukrayna Milli Polisinin Birləşmiş Hücum Briqadası **”Lüt”**ün komandiri Maksim Kabzan həlak olub.

Bu barədə Ukrayna Milli Polisinin rəhbəri İvan Viqivskı özünün Facebook səhifəsində məlumat verib.

“Polis ailəmiz üçün əvəzolunmaz itkidir… Bu gün Donetsk vilayətində baş verən yol qəzasında Ukrayna Milli Polisinin ‘Lüt’ briqadasının komandiri Maksim Kabzan həlak olub. O, şərəfli, sözünün ağası olan, cəsur və yüksək mənəviyyat sahibi bir insan idi. Ağır dövrlərdə yüzlərlə insan onun arxasınca gedirdi. O, əsl döyüşçü və vətənpərvər idi. Bu, sözlə ifadə olunmaz ağrı və kədərdir”, – deyə Viqivskı bildirib.

Məlumata görə, Kabzan rəhbərlik etdiyi briqada ilə ölkənin şərqində gedən ən ağır döyüş əməliyyatlarında iştirak edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş – FOTO

redaktor

Türk malları daşıyan TIRLAR SƏRHƏDDƏ QALDI – Türkiyəyə gözlənilməz zərbə

redaktor

Ukrayna Koreya ordusunu vurdu: xeyli itki var

redaktor