CəmiyyətGündəm

Niyə özünüzü aldadırsınız ki?

Bu gün Azərbaycan mətbuatı özünün 150 illik yubileyini qeyd edir…

Ortada təltiflər, təbriklər… və daha nələr, nələr var. AMMA və LAKİN(!) (çox az qism istisna!) bütövlükdə MƏTBUAT özü yoxdu.

Mən o mətbuatdan danışıram ki, yalnız ONURĞALI SÖZÜN, AZAD DƏRKİN, AYDIN FİKRİN, İLAHİ PEŞƏKARLIĞın varlığına söykənsin, söykənə bilsin(!)… daha “maraqların” mütəkkəsinə dirsəklənməsin!

Bəli, mən o MƏTBUATdan danışıram!

… Ey gözəlim məmləkətin əksər jurnalistləri, əliqələmliləri, ilin-günün bu çağında özünüzü niyə aldadırsınız ki (VƏ YA niyə utanmırsınız ki!) ? Bəli, hətta utanmalısınız da!

MƏGƏR, Azərbaycan mətbuatını “maraqlara”, mənfəətə, mövqesizliyə, məddahlığa… uduzdurub, qurban edib, yüz əlli yerdən “güllələdən”, ağlar günə qoyan sizlər olmadınızmı?

… TƏLTİFLƏRƏ GƏLDİKDƏ İSƏ (az qism istisna olmaqla!) görəsən, adları təltiflərdə keçən şəxslər azad sözün gözlərinin içinə dik baxa
biləcəklərmi?

… Niyə özünüzü aldadırsınız ki?

Adam gərək haqqı çatanı arzulaya(!).. haqqı çatdığı mükafatı götürə(!).. haqqı çatan uğura sevinə!..

 

Emil Rasimoğlu

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor