CəmiyyətHadisəTəhsil

Tək atestatla xaricdə ali məktəbə qəbul – Cəmil Həsənli

Son illər televiziya kanallarının ekranından, rəsmi və qeyri-rəsmi mətbuat orqanlarının səhifələrindən”Tək attestatla, imtahansız 100% qəbul” çağırışları baş alıb gedir. Bu imtahansız qəbullar daha çox Türkiyə “universitetlərinə” yönəlib. Burada artıq təhsildən söhbət getmir, insan və ölkənin taleyi ilə alverdən söhbət gedir. Televiziyalar durmadan heç bir qəbul imtahanından keçmədən Türkiyə universitetlərinə qəbul (cənnət) qəbzi verir.

Əlbəttə, attestat alanlar içərisində qabiliyyətli məzunlar çoxdur. Amma biliyi 0-ın altında olanlar da yetərinciədir. Yəni biliyi, savadı, intelekti universitet tələbəsi olmağa imkan verməyən hər kəs pulunu işbaza verib yalnız attestlı olduğuna görə tələbə ola bilər.

Azərbaycanda qəbul test sisteminin nəticələrinə görə həyata keçirilir. Türkiyədə də sınavlarla. Müxtəlif yardımçı proqramlar da var. Amma bunların heç birindən keçmədən sadəcə attestatla “ali məktəbə” qəbul olunmaq son illərin “möcüzəsidir.”

Televiziyada gedən reklamlarda, aparıcıların çağırışlarında qeyd edilir ki, bu yolla, yəni attestatla qəbul olanların diplomları Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınacaq. Doğrudanm Təhsil Nazirliyi belə bir vədi bu təşkilatlara verib. Əgər verməyibsə niyə bunu təkzib etmir.

Yalnız attestatla “alim” olmaq istəyənlər ölkədə ümumi qaydada testdən keçməlidir. Ən azı onların bilik səviyyəsi haqqında məlumatlar əldə olmalıdır. Ən dəhşətlisi odur ki, heç bir dövlət qurumu baş alıb gedən, açıq şəkildə təşviq edilən bu qanunsuzluğa qarşı səsini çıxarmır.

Sabah testdən və sınavdan kənar yolla Türkiyə “Universitetlərinə” qəbul olunmuş böyük bir dəstə savadsız diplomlu ölkəyə qayıdacaq. Burada işbazlar qazanır, heç bir nüfuzu və göstəricisi olmayan universitetlər təhsil haqqı alırlar. Məzunun taleyi qalır Allah ümidinə. Bütün dünyada pul verirlər yaxşı təhsil almağa görə, bizdə pul ödəyirlər təhsil almamağa görə. Dəhşətli mənzərədir.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Soruşuram ki, niyə evdən qaçmısan?”

redaktor

Əməkdar artistin həbs olunan qardaşının görüntüsü – VİDEO

redaktor

Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? – FOTO

redaktor