Müasir dövrdə qadınlar arasında estetik görünüşə xeyli diqqət artıb. Xanımlar gözəl və cazibədar görünmək üçün sanki bir-birilərilə yarışırlar. Lakin bu “gözəllik yarışı” bir çox hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır. Belə təhlükəli hesab olunan prosedurlardan birinin lazer epilyasiyası olduğu iddia edilir.