CəmiyyətHadisəŞikayət

DİN: “Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır”. Niyə?

Tamam, hansı qanuna, qaydaya, yazılı mətnə görə qadağandır? Bu qadağa turizm obyektlərinə mənfi təsir edəcəkmi? Onların gəlirlərinin azalması kimə sərf edir? Dünyanın bir çox ölkələrində çimərliklərdə müxtəlif əyləncələr mövcuddur, məsələn, at sürmək, at icarəsindən kasıb vətəndaşın 5 manat pul qazanması niyə qadağan edilməlidir ki?!

Dəfələrlə bu haqda yazmışıq-danışmışıq – aşırı tənzimləmə qaydaları, qadağalar, məhdudiyyətlər biznes üçün, zatən qəliz olan vəziyyəti daha da çətinləşdirir. Azərbaycan hökuməti iqtisadi tənzimləmə qaydalarını, inzibati məhdudiyyətləri, vergiləri, rüsumları minimuma endirməlidir ki, biznes nəfəs ala, kiçik-orta sahibkarlıq inkişaf edə bilsin.

Yeni yaradılan, məsələn, AQTA kimi qurumlar mənasızdır, biznesə yükdür, ləğv edilməlidir, onların funksiyası qida təhlükəsizliyini təmin etməkdirsə, bunu tam həyata keçirmək mümkün deyil axı – demək olar ki, hər gün qida zəhərlənməsi ilə bağlı məlumatlar yayılır, belə hadisələr AQTA-dan əvvəl də var idi, indi də var, yəni, AQTA burada keyfiyyət dəyişikliyinə nail ola bilməyib, ola bilməz də – çünki, ən yaxşı nəzarətçi VƏTƏNDAŞ, ən güclü hakim RƏQABƏTDİR. Dövlətin məhkəmə sistemi işlək və çevik olsa, vətəndaş özü nəzarətçiyə çevriləcək, istənilən neqativ hadisəyə görə biznesi məhkəmə yolu ilə cəzalandıracaq, biznes də rəqbətli mühitdə pis, keyfiyyətsiz xidmət göstərsə, müflis olub bazardan çıxacaq. Vəssalam!

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Toylarla bağlı israfçılıq qadağası absurddur, bu, xəstəlikdir” – Fazil Mustafa

admin

“Görüntüləri izlədim, hələ də şokdayam” – Hüseynin anası

redaktor

Bu tarixdə Azərbaycanda güclü zəlzələ olacaq – Professordan AÇIQLAMA

admin