CəmiyyətGündəmŞikayətTəhsil

“Tapançalı direktor”un məktəbindən şikayət- Müəllimlər etiraz edir

Bakı şəhəri 249 saylı tam orta məktəbdə dərs saatlarının bölüşdürülməsi ilə bağlı ciddi narazılıq yaranıb.

Tacxeber.com məktəbdəki mənbələrə istinadən xəbər verir ki, bir qrup müəllim məktəbin direktoru Kəmalə Şıxlinskayanın adından onlara dərs saatı verilməsi üçün qeyri-rəsmi şəkildə pul tələb edildiyini iddia edir.

Müəllimlərin sözlərinə görə, dərs bölgüsü zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulur, saatların bölüşdürülməsində əsas meyar kimi maddi maraqlar və şəxsi dostluq əlaqələri əsas götürülür. Bildirilir ki, direktor bu tələbləri birbaşa deyil, yaxın ətrafı vasitəsilə həyata keçirir.

Qeyd edək ki, sözügedən məktəbin direktoru bir müddət əvvəl tapançalı fotosu ilə sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olmuşdu. Kəmalə Şıxlinskaya eyni zamanda 249 nömrəli məktəbdə maskalı manyakın peyda olması ilə bağlı yayılan səs yazısı ilə bağlı gündəmə gəlmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşətli hadisə! Arvadını və qızlarını öldürdü: “Yadplanetlilər edib” – ŞOK

admin

Qaynar su, elektrik cərəyanı ilə işgəncə… – Ukraynalı qadınlar 6 aylıq cəhənnəmdə nələr yaşayıb? – ŞOK DETALLAR

redaktor

“ABŞ Ermənistanı İrana qarşı yönəltməyə çalışır” – Əfşar Süleymani

admin