CəmiyyətDünya

Bir gündür sakinlər susuz qalıb, rəsmi səhifənin paylaşımı isə müzakirə olundu

İsti iyul günlərində suyun verilməməsi əhali üçün əsl çətinliyə çevrilib. Bu gün Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində suyun kəsilməsi ilə bağlı narahatlıq doğurub. Artıq bir gündür ki, ərazidə su təchizatı yoxdur.

Sakinlər problemi öyrənmək məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi feysbuk səhifəsinə üz tutsalar da, orada bu barədə heç bir məlumatla rastlaşmayıblar. Səhifədəki son paylaşım isə müzakirə mövzularından biri olub.

 

“Grammar Azi” səhifəsinin admini Murad Hüseynov bu məsələni özünəməxsus ironiya ilə belə şərh edib:
“İsti iyul axşamında suyun kəsilməsindən gözəl nə ola bilər? Heç nə. Dedim, bəlkə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin feysbuk səhifəsində bu barədə məlumat olar. Yox, son paylaşım ‘jurralistlərə’ təbrik haqqındadır. Ən çox sevdiyim məqam isə başlığın qarşısında ‘başlıq’ yazılması oldu.”

Hazırda suyun nə zaman bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Rusiya orusunu bu istiqamətlərə toplayır

admin

Sabiq rəislə bağlı şok faktlar… – Həbsi olunma ehtimalı artır.

admin

“Gürcüstada Futbol Federasiyasında futbolçular çoxdur. Kaxa Kaladzenin mer olması bəlkə futbola diqqəti çoxaltdı”. – Qurban Qurbanov

admin