30 C
Bakı
21 İyul 2025 11:47
CəmiyyətGündəmHadisəŞikayət

İran vasitəsilə Naxçıvana gedənləri girov götürüblər

Bu gecə Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobus İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişin isə, gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib.

Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib. Bu haqda “Gündəlik Naxçıvan” saxlanılan avtobusların sərnişinləri məlumat veriblər.

Onlara nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsi ilə Culfa gömrüyünə qədər getməyə icazə verilir.

İran tərəfi sərnişinlərə bidirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş.

Sərnişinlərin sözlərinə görə, İran tərəfi onları təhdid edərək, avtobusların saxlanılmasını ictimailəşdirməməyi tələb edir.

Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən sərnişinlərdən biri deyir ki, onlara nə yemək, nə də su verilir:

“Əgər buraxmayacaqdılarsa, niyə gömrüyü keçməyə icazə verirdilər? İndi burda bizi məhbus kimi, girov kimi saxlayıblar. Nə Bilasuvara qayıda bilirik, nə də Culfa gömrüyünə gedə bilirik.

Deyirlər ki, burdan aralansaz, həbs olunacaqsız.

Adlarını qoyublar İslam ölkəsi, din qardaşı. Dünən gecədən doldurublar bizi məscidə, nə yemək verirlər, nə də su. Bəzi sərnişinlərin üzərində pul da yoxdur ki, yemək-içmək alsın. 40 nəfəri doldurublar məscidə, bir tərəfdən də havanın istisi, nəfəs almaq mümkün deyil. Deyirlər ki, ölkəniz Tehrana məktub yazıb, icazə istəməlidir ki, sizi buraxaq.”

Bakıdan Naxçıvana və əks istiqamətə İran ərazisindən keçməklə hərəkət edən avtobus reysləri uzun illərdir ki, fəaliyyət göstərir. İsraillə İran arasında müharibə başlayandan bəri bu reyslər təhlükəsizlik məqsədi ilə dayandırılmışdı. Azərbaycan tərəfi elan etmişdi ki, bu reyslər iyulun 19-da bərpa olunacaq. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Arıqlamaq üçün həyatınızla qumar oynamayın: Bitki çayları göründüyü qədər məsum deyil

redaktor

“100 manat vurursan, 50 manat yüklənir” – Deputat qaz limitinə etiraz etdi

redaktor

Dalaq xəstəliyinin əlamətləri və müalicə metodları

redaktor