DünyaHadisəSiyasət

Trampın Netanyahunun Suriyadakı hərbi əməliyyatlarına narazılığı

– Vaşinqton / Təl-Əviv — ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahunun arasında ciddi fikir ayrılıqlarını göstərən məlumatlar artır. Al-Monitor, The Times of Israel, Financial Times və digər nüfuzlu mənbələrin məlumatına görə, Tramp 2025-ci ilin may-iyul aylarında İsrailin Suriyada, İranda və Qəzzada apardığı hərbi əməliyyatlara görə Netanyahunu kəskin tənqid edib.

– Ağ Evdə belə bir xəbərdarlığın səsləndiyi bildirilir:

“Siz iki gündən bir yeni müharibə başlaya bilməzsiniz… Biz alovu söndürməyə çalışırıq, siz isə onu alovlandırırsınız.”

– The Times of Israel (17.07.2025) yazır ki, «ABŞ İsrailin Suriyaya son hücumlarını dəstəkləməyib» və narazılıq açıq şəkildə ifadə olunub.

– Anadolu Ajansı xəbər verir ki, Tramp İrana qarşı atılan zərbədən sonra Netanyahuyla telefon danışığında səsini ucaldıb.

– Financial Times yazır ki, 2025-ci ilin mayında Qəzzaya hərbi müdaxilə planları üzündən ABŞ İsraili bəzi regional danışıqlardan müvəqqəti kənarlaşdırıb.

–  Bütün bu məlumatlar göstərir ki, müttəfiqlər arasındakı münasibətlər gərginləşib. Səbəb – Tramp administrasiyasının Yaxın Şərqdə münaqişələri azaltmaq strategiyasıdır. ABŞ İsrailin hərəkətlərini bu strategiyaya zidd sayır.

 

Fuad Ağayev

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor